Rusiyaya tətbiq edilən sanksiyaların müddəti iyuladək uzadılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini “Die Welt”ə müsahibəsi zamanı danışıb. Jurnalistin suallarını cavablandıran Avropa diplomatiyasının rəhbəri bildirib ki, sanksiyaların uzadılmasına səbəb Ukraynaya dair Minsk sazişinin bütün müddəalarının tam yerinə yetirilməməsidir. Bununla yanaşı, F.Mogerini onu da qeyd edib ki, münaqişənin həlli yalnız Moskvadan yox, həm də Kiyevdən asılıdır.
Son xəbərlər
Son Xəbərlər