Rusiyaya qarşı sanksiyalar ləğv edilə bilər...- - 1 şərtlə

rusiyaya-qarsi-sanksiyalar-legv-edile-biler-
Oxunma sayı: 3737


Bundan başqa, Ukrayna Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ancaq bir şərtlə ləğv edilə bilinəcəyini açıqlayıb. Kiev hesab edir ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ancaq Ukraynaya Krım və Donbassedə dəyən zərəri Moskva kompensasiya etməyə razı olduqdan sonra ləğv etmək olar. 

Bu arada Ukraynanın şərq vilayətləri olan Donbas və Donetskdə vəziyyət gərgin olaraq qalmaqdadır. Son günlərin ən qaynar nöqtəsi isə Donetsk aeroportudur. Maydan davam edən çoxsaylı döyüşlərin nəticəsi olaraq hava limanına tamamilə dağıdılıb. 

Ukrayna Baş Qərargahından verilən məlumata görə, aeroportun müdafiəçiləri bütün lazımi silahlarla təchiz olunublar və bu günlərdə bir qrup terrorçu məhv edilib. Ukrayna tərəfi öldürülən döyüçülərin sayını dəqiq göstərməsə də, qarşı tərəf bir ukraynalı hərbçinin öldürüldüyünü, ona yaxınının isə yaralandığını bildirib. 

Qondarma Luqansk Xalq Respublikasının rəhbəri bəyan edib ki, Kievin Dobassı geri qaytarmaq istəməsi yeni qanlı toqquşmalara səbəb olacaq. Luqansk Xalq Respublikası qruplaşmasının döyüşçülərindən biri isə artıq respublikanın özünün şəxsi aviasiyasını qurduqlarını elan edib. 

Rusiya Xarici İŞlər Nazirliyi isə bu gün bəyanat yayaraq Ukraynanı Minsk razılığına uyğun olaraq ağır silahlanmış Ukrayna silahlı qüvvələri və Donbass döyüşçülərini təmas xəttindən təcili geri çəkməyə çağırıb.

Bu arada, Rusiya Dövlət Dumasının deputatı Roman Xidyakov Avropa parlamentinə, həmçinin xarici işlər naziri Sergey Lavrova Ukrayna silahlı qüvvələri və könüllü batalyonunu terror təşkilatı kimi qəbul edilməsi təklif edən müraciət ünvanlayıb.