Rusiyaya qarşı sanksiyalar ləğv edilə bilər - ABŞ-dan müjdə

rusiyaya-qarsi-sanksiyalar-legv-edile-biler
Oxunma sayı: 2804

Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmasının tam həyata keçirilməsi şərti ilə ləğv edilə bilər.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri Davosda çıxışı zamanı bəyan edib. Dövlət katibinin sözlərinə görə, sanksiyaların ləğvi yaxın aylarda reallaşa bilər.

Xatırladaq ki, Rusiya ilə Qərb arasında münasibətlər Ukrayna hadisələrinə görə korlanmışdı. Aİ və ABŞ Rusiyanın fiziki şəxslərinə və şirkətlərinə qarşı sanksiyalar tətbiq etmişdi. Rusiya isə cavabında ona qarşı sanksiya tətbiq edən bütün ölkələrdən ərzaq məhulları idxalını məhdudlaşdırmışdı. Bura ABŞ, Aİ ölkələri, Kanada, Avstraliya və Norveç daxildir.

Qeyd edək ki, ötən ilin fevralında Minskdə Ukraynanın şərqində silahlı toqquşmaların dayandırılması məqsədi ilə Almaniya, Fransa, Ukrayna, Rusiya rəhbərlərinin iştirakı ilə “Normand dördlüyü” formatında razılaşma əldə edilib.
Razılaşmaya operativ və hərtərəfli şəkildə Donetsk və Luqanskın müxtəlif rayonlarında atəşkəsin dayandırılması, təhlükəsiz zona yaratmaq üçün hər iki tərəfin ağır silahlarını bərabər məsafəyə qədər geri çəkilməsi, Donetsk və Luqanskda Ukrayna qanunvericiliyinə uyğun şəkildə yerli seçkilərin keçirilməsi də daxil olmaqla, ümumilikdə 13 müddə daxildir.