“Macarıstan iqtisadiyyatı Avropanın Rusiyaya qarşı sanksiyalarından sonra 7 milyard dollar itirib”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Siyarto Federasiya Şurası sədrinin birinci müavini Nikolay Fyodorovla görüşündə bildirib:
“Avropanın sanksiyaları gözləntilərimizi doğrultmadı. Əmtəə dövriyyəmizi cari səviyyədə saxlamaq üçün çox ciddi təşəbbüslər göstərməliyik”.
Nazir əlavə edib ki, Macarıstan Rusiya ilə əmtəə dövriyyəsini 10 milyard dollaradək artırmağı hesablamışdı.
Son xəbərlər
Son Xəbərlər