“Rusiyaya qarşı sanksiyalar neft-qaz sektoruna şamil olunmayacaq”

rusiyaya-qarsi-sanksiyalar-neft-qaz-sektoruna-samil-olunmayacaq
Oxunma sayı: 2429

“Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları neft və qaz sektoruna şamil olunmayacaq”.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Bizim üçün ən vacib olan məsələ müsbət şəkildə həll oldu: qaz və yaxud neft sektoruna təsir edəcək sanksiyalar olmayacaq, ona görə də qarşıdakı dövrdə Macarıstanın enerji sektoru üçün təhlükə yoxdur”, - deyə Orban söyləyib.