Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısının daha 50 maddə genişləndirildiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, 3 Çin və 3 Türkiyə, 2 Belarus, İsveçrə və Birləşmiş Ərəb Əmirliklərindən isə bir şirkət Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.
“Perm Powder Plant”, “Samara Metallurgical Company” və s. ilə bağlı məhdudiyyətlər tətbiq edilib. Bundan əlavə, “224 Flight Squad” aviaşirkəti, “Asia Shipping” və “Ibex Shipping” gəmiçilik şirkətləri artıq sanksiya siyahısındadırlar.
Fiziki şəxslər arasında məhdudiyyətlər UMMC-nin sahiblərinə, “Mechel” holdinqinin direktorlar şurasının sədri İqor Zyuzinə, “Alrosa” şirkətinin idarə heyətinin 4 üzvünə, Birləşmiş Metallurgiya Şirkətinin direktorlar şurasının sədri Anatoli Sedıxa və başqalarına təsir edib.
Son xəbərlər
Son Xəbərlər