Rusiyaya qarşı sanksiyalar uzadıldı

rusiyaya-qarsi-sanksiyalar-uzadildi
Oxunma sayı: 713

Brüsseldə keçən Avropa İttifaqının sammitində Rusiyaya qarşı iqtisadi sanksiyaları uzatmaqla bağlı qərar qəbul edilib.

“Qafqazinfo” xəbər verir ki, sanksiyalar altı aya qədər uzadılıb və banklarla, həmçinin Rusiyanın enerji və müdafiə sektorundakı digər maliyyə institutları ilə işgüzar əlaqəni məhdudlaşdırmaq nəzərdə tutulub. 

Məhdudiyyətlər Şuranın qərarı dərc olunduqdan sonra qüvvəyə minəcək. 

Mənbələr bildirirlər ki, antirusiya sanksiyaları ilə bağlı müzakirələr çox qısa çəkib. Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronun çıxışı dinlənilib. 

İttifaqın ən qızğın müzakirələrindən biri də miqrant axınının qarşısını almaqla bağlı məsələ olub. Ən sərt mövqe tutanlar isə Roma ilə Berlin olub.

Sonda Aİ ölkələrinin qəbul edəcəkləri qaçqın sayının azaldılması ilə bağlı qərar qəbul edilib.