Rusiyaya qarşı sanksiyalar uzadılır -

rusiyaya-qarsi-sanksiyalar-uzadilir-
Oxunma sayı: 855


“Qafqazinfo”nun azadlıq.org-a istinadən məlumtına görə, qərar sentyabrın 2-də Avropa Birliyi ölkələri səfirlərinin iclasında qəbul edilib.

Bunu sentyabrın ortalarında nazirlər də təsdiqləməlidir. Rusiyaya qarşı bu sanksiyaların müddəti sentyabrın 15-də bitir.

Söhbət məmur və ayrı-ayrı şəxslərin bank hesablarının dondurulması və viza qadağasından gedir.

Bu sanksiyalar Rusiyanın yüksək səlahiyyətli müşavirləri, deputatlar və Ukrayna separatçılarının rəhbərləri də daxil olmaqla 150 nəfərə şamil edilir.

Qeyd edək ki, ABŞ və digər ölkələr də Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

“Qafqazinfo”