Rusiyaya qarşı sanksiyaların ləğvi üçün - Deputatlar səs verdi

rusiyaya-qarsi-sanksiyalarin-legvi-ucun
Oxunma sayı: 1688

Fransa Milli Məclisinin deputatları səs çoxluğu ilə müxalifətin antirusiya sanksiyalarının ləğvini əks etdirən qətnaməsini qəbul edib.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, səsvermədə 98 deputat iştirak edib, 55 nəfər layihənin leyhinə səs verib. Sənədi ən çox nüfuzlu müxalifət partiyası olan “Respublikaçı”ların deputatları dəstəkləyib. Layihənin müəllifi olan “Fransa-Rusiya dialoqou” assosiasiyasının həmsədri Teri Mariani bildirib ki, bu, tarixi səsvermədir: “İlk dəfədir ki, ölkə sanksiyaların ləğvi üçün dəstək ifadə etdi”.

Bununla yanaşı, sənədin məsləhət xarakteri daşıdığı, hökuməti konkret addım atmağa vadar etmədiyi bildirilir.