Rusiyaya qarşı yeni - Sanksiyalar

rusiyaya-qarsi-yeni
Oxunma sayı: 2549

Kanada hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Kanadanın xarici işlər naziri Stefan Dion bildirib.

“Bu qərar Ukraynadakı böhranın diplomatik yolla həllinə yönəlmiş geniş beynəlxalq səyləri dəstəkləyir”, - nazir deyib.

Dionun sözlərinə görə, Rusiyaya qarşı məhdudiyyətlər Minsk danışıqlarının şərtlərinə əməl olunana qədər həyata keçiriləcək.

Kanadanın sanksiyalarına Aleksandr Omelçenko və Eduard İoffe kimi fiziki şəxslər, “İnvestisiya Respublika Bankı” və ya “İnresbank”, “Moskva regional bankı”, “Texnodinamika holdinq”, “İjmaş”, “Texnopromeksport”, “Texmaş”, Ruselelktroniks”, “Şvabe holdinq”, “İjevsk mexanika zavodu” və “Volqoqradneftemaş” kimi hüquqi şəxs daxil olunub.