Rusiyaya şok qadağa

rusiyaya-sok-qadaga
Oxunma sayı: 5709

Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı 4 il ərzində böyük beynəlxalq idman yarışlarında iştirakdan məhrum edib.

“Qafqazinfo” xəbər verir ki, qərara əsasən Rusiya Olimpiya Oyunlarına və dünya çempionatlarına, eləcə də digər beynəlxalq turnirlərə qatıla bilməyəcək. O cümlədən Rusiya beynəlxalq yarışlara da ev sahibliyi edə bilməz. 

Səbəb isə dəfələrlə rusiyalı idmançılarda dopinqin aşkarlanmasıdır. 

Bu qərar  dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub.

***

Bu sərəncam 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. 

***

Lakin Rusiya idmançıları Olimpiya Oyunlarında iştirak edə bilər. Yalnız onlar bu zaman Rusiyanı təmsil etməyəcəklər. Beynəxalq Olimpiya Komitəsinin bayrağı altında yarışlara qatıla biləcəklər. Dünya təcrübəsində əvvəllər belə hallara rast gəlinib.