Rusiyaya uduzduq

rusiyaya-uduzduq
Oxunma sayı: 1311


“Qafqazinfo”nunun məlumatına görə, “Əlincə” stadionunda keçirilən yoxlama görüşündə Mirbağır İsayevin rəhbərlik etdiyi komanda 1:2 hesabı ilə məğlub olub.

Matçda hesabı Azərbaycan millisi açıb. İkinci hissənin əvvəlində - 42-ci dəqiqədə (yoldaşlıq görüşü olduğundan hər hissə 40 dəqiqə oynanılır) Yusif Cəfərovun ötürməsini Oruc İsmayılov qola çevirib. Lakin çox keçmədən qonaqlar tablodakı rəqəmləri bərabərləşdirib. Rəqibin 9 nömrəli futbolçusu Artyom Qalacan millinin qapısına yol tapa bilib. 54-cü dəqiqədə rusiyalı futbolçu dubl edərək özünün və komandasının ikinci topunu vurub - 1:2.

Görüş bu hesabla da başa çatıb.