Rusiyaya yeni sanksiyalar tətbiq ediləcək

Rusiyaya yeni sanksiyalar tətbiq ediləcək
Oxunma sayı: 1186

Avropa İttifaqı liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaları da ehtiva edən əlavə məhdudiyyət variantlarını dəyərləndirmə qərarı aldıqlarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Aİ Şurası Moskvadan “daha konstruktiv münasibət” sərgiləməsi, bundan başqa, “Aİ və Aİ üzvü olan ölkələrlə üçüncü ölkələrə qarşı hərəkətlərini dayandırması”nı tələb edib.

Bəyanatda Aİ-nin münasibətində dəyişiklik olması üçün Rusiyaya “Minsk müqaviləsinin tətbiqi” çağırışı edilib.

Rusiyanın “qanunazidd, dağıdıcı və zərərli hərəkətlər sərgilədiyi” bildirilən bəyanatda buna Aİ üzvlərinin “sağlam və koordinasiyalı qarşılıq verməsinin” vacibliyi ifadə olunub.

Bildirilib ki, Aİ tərəfdaşları ilə koordinasiyalı şəkildə əlindəki vasitələrdən yararlanmalıdır:

“Bu məqsədlə Aİ Şurası Aİ Komissiyası və Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəsini iqtisadi sanksiyaları da ehtiva edən əlavə məhdudlaşdırıcı tədbir seçimlərini təqdim etməyə dəvət edir”.