Rusiyayla bağlı bədbin proqnoz

rusiyayla-bagli-bedbin-proqnoz
Oxunma sayı: 3914

Dünyanın ən iri investisiya banklarından biri olan “Goldman Sachs” 2016-ci ildə Rusiyada ÜDM-in artımı üzrə öz proqnozunu pisləşdirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, proqnoz 1,5% -dən 0,5% -ə qədər düşüb. Analitiklər bu qərarı neftin qiymətinin ucuz olması ilə izah edirlər. Bununla belə, “Goldman Sachs” hesab edir ki, 2017-ci ilin birinci rübünün sonunda Rusiya iqtisadiyyatının artımı 1,5% təşkil edəcək.

Xatırladaq ki, daha əvvəllər “Goldman Sachs “ ABŞ hökumətinin məsləhəti ilə Rusiyaya aid dövlət istiqrazlarını yerləşdirməkdən imtina etmişdi.