Ruslan Abışov Almaniyaya gedir

ruslan-abisov-almaniyaya-gedir
Oxunma sayı: 4229

“Neftçi”nin kapitanı Ruslan Abışov əməliyyat olunacaq.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, futbolçu bunun üçün avqustun 1-də Almaniyaya yollanacaq.
 
Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə iyulun 19-da keçirilən cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopub və meniski zədələnib. Abışovun 6 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.