Ruslan Abışov “Turan Tovuz”da - Rəsmi

ruslan-abisov-turan-tovuzda
Oxunma sayı: 1765

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin daha bir köməkçisi bəlli olub.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Ruslan Abışov Tovuz təmsilçisinin məşçilər korpusunda yer alacaq.

Gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ruslan Abışov 2013-cü ildə Kurban Berdıyevin rəhbərliyi altında “Rubin”də (Rusiya, Kazan) çıxış edib.