Ruslan Əliyev Quba və Qusar sakinləri ilə görüşəcək

ruslan-eliyev-quba-ve-qusar-sakinleri-ile-gorusecek
Oxunma sayı: 2012

“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyevin Quba rayonunda vətəndaş qəbulu keçiriləcək.

Bu barədə “Qafqazinfo”ya İB-dən məlumat verilib.

Bildirilib ki, iyunun 20-də saat 11:00-da Quba rayon Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Quba və Qusar sakinlərinin müraciətləri dinləniləcək.