Ruslan Lunyovdan uğursuz cəhd - Tokio-2020

ruslan-lunyovdan-ugursuz-cehd
Oxunma sayı: 1502

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio Yay Olimpiya Oyunlarında ilk çıxışını uğursuz başa vurub. 

“Qafqazinfo” xəbər verir ki, İslamiadanın qalibi 10 m məsafəyə atəşaçmada mübarizəni təsnifat mərhələsində dayandırıb. 

Təmsilçimiz 6 atışdan 574 xal toplayıb və yarışı 20-ci pillədə bitirib. 

Qeyd edək ki, Lunyov 25 m məsafəyə atəşaçmada da hədəf özünə keçəcək. Bu, avqustun 1-nə təsadüf edəcək.