Ruslan Nəsirliyə qəsd edilməsi iddiası haqda rəsmi açıqlama

ruslan-nesirliye-qesd-edilmesi-iddiasi-haqda-resmi-aciqlama
Oxunma sayı: 1739

Bakı şəhər Baş Polis İdarəsi AXCP üzvü Ruslan Nəsirlinin avtomobillə ona qəsd edilməsi iddiasına münasibət bildirib.

Bakı BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaş Ruslan Nəsirlinin müraciəti ilə əlaqədar, fevralın 22-də Nəsimi rayonu, A.Mustafayev küçəsində onun həyatına qəsd olunması ilə bağlı iddiaları tam və hərtərəfli araşdırılıb: 

“Sürücü müəyyən olunaraq Baş İdarəyə dəvət olunub, onun hərəkətlərində Yol Hərəkəti Haqqında Qanuna uyğun olaraq, manevr qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsiylə inzibati tənbeh tədbiri tətbiq edilib. Araşdırmalar zamanı R.Nəsirliyə qarşı hər hansı qəsd faktı təsdiqini tapmayıb”.