“Neftçi”nin və milli komandamızın hücumçusu Ruslan Qurbanov “Qəbələ”yə keçidi ilə bağlı xəbərlərə aydınlıq gətirib. “Qafqazinfo”ya danışan forvard bunu təkzib edib.
O bildirib ki, haqqında yayılanlar doğru deyil və hələ bundan sonra daha 1 il “Neftçi”nin şərəfini qoruyacaq: “Mənim “Qəbələ” keçəcəyimin deyilməsi doğru deyil. Çünki “Neftçi” ilə daha 1 il müqaviləm var. 2017-ci ilin mayına kimi Bakı klubunda qalmalıyam. “Qəbələ” ilə 250 min manatlıq müqavilə imzalamağım da doğru deyil”.
Son xəbərlər
Son Xəbərlər