“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında kişilər arasında 25 metrdən tapança ilə sürətli atəşaçma üzrə təsnifat mərhələsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan idmançısı Ruslan Lunyov hamıdan yüksək nəticə göstərərək (572-21 xal) finala vəsiqə qazanıb.
Xatırladaq ki, Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub - (581-25 xal).
***
İslam Həmrəylik Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandıran Ruslan Lunyov yenə fərqlənib.
“Qafqazinfo” xəbər verir ki, o, 25 metr məsafədən sürətli atəş açmaq yarışlarında da birinci olub.
Son xəbərlər
Son Xəbərlər