Ruslandan Radikə maraqlı hədiyyə - Foto

ruslandan-radike-maraqli-hediyye
Oxunma sayı: 672

“Qəbələ”nin və Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanov taekvando yığmamızın üzvü, Olimpiya çempionumuz Radik İsayevlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Qurbanov İtaliya millisinin 3 nömrəli futbolçusu Corco Kyellinin futbolkasını ona hədiyyə edib.

Forvard Radiklə birlikdə şəklini paylaşaraq bu şəhri yazıb: “Olimpiya, dünya və Avropa çempionu. İslam və Avropa Oyunlarının qalibi qardaşım. Ona İtaliya millisinin formasını hədiyyə etməyə bilməzdim”.