“Qafqazinfo” xəbər verir ki, Rusiya təmsilçisi “Zenit” öz meydanında Almaniyanın “Borusiya Dortmund” komandasını qəbul edəcək. Peterburqda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütlüyün favoriti heç şübhəsiz ki, “Borusiya” hesab olunur. Yurgen Klopun yetirmələri növbəti mərhələ məsələsini həll etmək üçün elə ilk oyundaca dəridən qabıqdan çıxacaqlar.
Gecənin digər bir oyunu isə Yunanıstanda olacaq. “Olimpiakos” doğma azarkeşləri önündə “Mançester Yunayted”i qəbul edəcək. Tarixinin ən pis dövrlərindən birini yaşayan “Mançester Yunayted” bugünkü oyunda rəqibi qarşısında çətinlik çəkə və ya elə təcrübəsi hesabına ¼ final məsələsini ilk oyundaca həll edə bilər.
Saat 21:00
“Zenit”- “Borusiya Dortmund”
Saat 23:45
“Olimpiakos”- “Mançester Yunayted”
İqbal
Son xəbərlər
Son Xəbərlər