“Ruslar Belarusda daha yaxşı yaşayır” - Lukaşenko

ruslar-belarusda-daha-yaxsi-yasayir
Oxunma sayı: 1027

“Rusiya vətəndaşları özlərini Belarusda daha yaxşı hiss edirlər, nəinki öz ölkələrində”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Heç bir belarus müftəxor deyil. Ruslar özü də Belarusda pis yaşamır. Düzünü desək, daha yaxşı yaşayır”, - deyə Lukaşenko bildirib.

Belarus prezidenti bu sözləri Moskva tərəfinin Minskin həddindən çox maliyyə dəstəyi istəməsi ilə bağlı tənqidlərindən sonra söyləyib.