Ruslar “Fox News”un ukraynalı əməkdaşını da öldürüb

ruslar-fox-newsun-ukraynali-emekdasini-da-oldurub
Oxunma sayı: 2232

Rusiya hərbçilərinin atəşi nəticəsində “Fox News”un ukraynalı əməkdaşı Aleksandra Kuvşinova da həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə telekanalın prodüseri Yonat Frilinq tvitter hesabında məlumat yayıb.

Onun sözlərinə görə, 24 yaşlı Aleksandra telekanal əməkdaşlarının içində olduğu avtomobilin ruslar tərəfindən atəşə tutulması nəticəsində ölüb. O, “Fox News”un ştatdankənar məsləhətçisi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Kiyev ətrafında baş verən sözügedən insident zamanı “Fox News”un operatoru Pyer Zakrjevski də ölüb, telekanalın müxbiri Bencamin Holl isə yaralanıb.

Xəbəri rus dilində oxuyun: Российские генералы, убитые в Украине - Список

Задержан человек, тайно сотрудничавший с врагом