Rusiyanın nüfuzlu “Komsomolskaya Pravda“qəzetinin öz oxucuları arasında keçirdiyi interaktiv sorğunun nəticələrinə görə, əksəriyyət Vladimir İliç Leninin cəsədinin Qızıl meydandakı mavzoleydən götürülərək basdırılmasını istəyir.
“Qafqazinfo“ virtualaz.org-a istinadən xəbər verir ki, sorğuda nəşrin 9564 oxucusu iştirak edib. Bunlardan 5257 nəfəri (62%) Leninin basdırılmasına səs verib.
Xatırladaq ki, Lenin 92 il əvvəl — 1924-cü ilin yanvar ayının 21-də vəfat edib. Həmin vaxtdan onun cəsədi Moskvadakı mavzoleydə saxlanır.
Son xəbərlər
Son Xəbərlər