Ruslar Mariupolda xəstələri və tibb işçilərini girov götürüb

ruslar-mariupolda-xesteleri-ve-tibb-iscilerini-girov-goturub
Oxunma sayı: 1831

Rusiya hərbçiləri Mariupolda xəstələri və tibb işçilərini girov götürüb.

“Qafqazinfo” “The Kyiv Independent”ə istinadən xəbər verir ki, bu barədə Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko bildirib.

Qubernatorun sözlərinə görə, rus qoşunları Mariupolun kənarındakı xəstəxanaya daxil olub:

“Ruslar 400 nəfəri xəstəxanada saxlayırlar. Rusiya qoşunları həkimləri və xəstələri girov götürüb. Belə xəbəri xəstəxananın əməkdaşlarından biri çatdıra bilib. Xəstəxanadan çıxmaq mümkün deyil. İki gündür maşınlar xəstəxanaya çata bilmir. Ətrafda hündürmərtəbəli binalar yanır”.