“Qafqazinfo”nun Rusiya mediasına istinadən verdiyi məlumata görə, Ukraynanın şərqində yerləşən Slavyansk şəhərinin həkimləri Rusiya silahlı qüvvələri tərəfindən yaralı vəziyyətdə əsir alınmış vertolyotçunu əməliyyat masasına alıb. Hazırda pilot şəhər xəstəxanasında əməliyyat olunur.
Məlumata əsasən, silahlı qüvvələr öncə hərbi vertolyotu çaşdırıb, ikinci atəşdən sonra vertolyotu enməyə məcbur ediblər. Nəticədə bir pilot ölüb, digəri isə bərk yaralanıb.
Qeyd edək ki, əməliyyat olunan vertolyotçu Ukrayna ordusunun kapitanıdır.
Turan
Son xəbərlər
Son Xəbərlər