Rusiya hərbçiləri Xerson şəhər meriyasının binasını ələ keçiriblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Xerson şəhərinin meri İqor Kolıxayev məlumat yayıb.
“Silahlı şəxslər Xerson Şəhər Şurasının binasına daxil olub, açarları götürüblər”, - mer bildirib.
Kolıxayevin sözlərinə görə, o, yerli vaxtla saat 19:45-də binanı tərk edib. Mer çıxan vaxt Ukrayna bayrağı hələ də meriyanın üzərində olub.
Son xəbərlər
Son Xəbərlər