Ruslara Avropada daşınmaz əmlak almaq qadağan edilə bilər

ruslara-avropada-dasinmaz-emlak-almaq-qadagan-edile-biler
Oxunma sayı: 866

Avropa İttifaqı rusiyalılara Avropadan daşınmaz əmlak almağı qadağan etməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir kİ, bu barədə “Bloomberg” yazıb. 

Avropa Komissiyasının təklifi Rusiya vətəndaşları, rezidentləri və hüquqi şəxsləri ilə daşınmaz əmlak əməliyyatlarına xitam verilməsini, “Aİ-də yerləşən daşınmaz əmlaka mülkiyyət hüquqlarının və ya kollektiv investisiyadakı payların belə daşınmaz əmlaka çıxışı təmin edən müəssisələr tərəfidnən birbaşa və ya dolayı yolla satışı və ya ötürülməsini qadağan etməyi nəzərdə tutur.

Qadağa Aİ vətəndaşı olmayan və Aİ-yə üzv ölkələrdə yaşamaq icazəsi olmayan ruslara şamil edilir. Bu, Avropa İqtisadi Bölgəsində və ya İsveçrədə vətəndaşlığı və ya sakinliyi olanlara şamil edilmir.

Yeni məhdudiyyətlər Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayan Rusiya Prezidenti Vladimir Putinə təzyiqi artırmaq üçün Aİ-nin Rusiyaya qarşı sanksiyalarının altıncı paketinə əlavə edilib. Altıncı paketə Rusiyanın neft sənayesinə və ölkənin ən böyük bankı “Sberbank”a qarşı sanksiyalar da daxildir.

Plan qüvvəyə minməzdən əvvəl bu həftə Aİ üzv dövlətləri tərəfindən təsdiqlənməlidir.