Rusları Avropaya buraxmamağı təklif etdi

ruslari-avropaya-buraxmamagi-teklif-etdi
Oxunma sayı: 3650

Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves Rusiya vətəndaşlarının Avropa İttifaqına girişinə qadağa qoyulmasını təklif edib.

“Qafqazinfo” xəbər verir ki, sabiq prezident Tvitter səhifəsində yazıb: “Rusiyadan olan bütün ziyarətləri müvəqqəti dayandırmaq lazımdır. Mən bütün səfərləri nəzərdə tuturam”.

O əlavə edib ki, Avropanın təhlükəsizliyi üçün ruslara viza verilməsi dayandırılmalıdır. İlves bu qərarın Rusiyanın bir sıra vətəndaşlarına zərbə vuracağını boynuna alsa da, Moskvanın davranışları üzündən bu qərarın qaçınılmaz olduğunu bildirib.

Qeyd edək ki, Toomas Hendrik İlves 2006-2016-cı illərdə Estoniyaya rəhbərlik edib.