“Travel.ru” turizm xidməti 2016-cı ildə rusiyalı turistlərin MDB ölkələrində və yaxın xaricdə ən populyar turist istiqamətlərini müəyyən edib.
“Qafqazinfo” AzərTAC-a istinadən xəbər verir ki, reytinq 2016-cı il fevralın 1-dən dekabrın 31-dək rusiyalıların qalmaq üçün otel sifarişi məlumatları əsasında hazırlanıb.
“Travel.ru” saytının kommunikasiya üzrə direktoru deyib: “Ötən il müstəqil səyahət edən turistlərin MDB ölkələrinə səfərlərinin sayı artıb. Bakı isə rusiyalı turistlərin MDB-də 5 ən populyar beşliyinə daxildir”.
Rusiyalılar bu il Bakıya səyahətlərində orta hesabla dörd gün müddətinə otel nömrəsi sifariş edir və bir sutka üçün üç min rubldan çox ödəməyə hazırdırlar.
Son xəbərlər
Son Xəbərlər