Rusların sevdiyi lider – - Putin

ruslarin-sevdiyi-lider-
Oxunma sayı: 2009


Azərtac kremlin.ru saytına istinadla xəbər verir ki, “Levada-Tsentr”in keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların yalnız 13 faizi dövlət başçısının fəaliyyətini bəyənmədiyini bildirib. Ümumilikdə 2014-cü ilin martından indiyədək Prezident Vladimir Putinə xalqın dəstəyinin səviyyəsi 80 faizdən yuxarı olub.

Digər siyasətçilər və dövlət orqanları Prezidentlə müqayisədə az dəstəyə malikdirlər. Rəyi soruşulanların 64 faizi ölkənin Baş naziri Dmitri Medvedevin fəaliyyətini bəyəndiyini bildirib. Bütövlükdə isə hökumətin fəaliyyətini respondentlərin 60 faizi dəstəkləyib.

Rəy sorğusunun nəticələrinə əsasən, rusiyalıların 50 faizi Dövlət Dumasının fəaliyyətini müsbət, 48 faizi isə mənfi qiymətləndirib.

Eyni zamanda, Vladimir Putin siyasətçilər və ictimai xadimlər arasında 59 faizlə rusiyalıların ən çox etimad göstərdikləri lider mövqeyini qoruyub saxlayıb. İkinci yerdə Sergey Şoyqu ( 24 faiz), onun ardınca xarici işlər naziri Sergey Lavrov (20 faiz) və Baş nazir Dmitri Medvedev (19 faiz) qərarlaşıblar.

Bununla belə, rusiyalıların əksər hissəsi artıq ölkədə iqtisadi vəziyyətin pisləşdiyi qənaətindədir. Yanvar ayında keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən, Qərbin sanksiyalarından ciddi zərər çəkən Rusiya vətəndaşlarının sayı 2014-cü ilin payızı ilə müqayisədə iki dəfə artıb.