Ruspərəstləri rəhbərliyə kim gətirir?

rusperestleri-rehberliye-kim-getirir
Oxunma sayı: 7946



Mayın 19-da ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib və ölkə prezidenti İlham Əliyevə əfv fərmanı verməsi üçün çağırış edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Partiya rəhbərliyinin toplantısında Müdafiə Nazirliyindəki kadr islahatları da müakirə edilib. “ADP son vaxtlar Müdafiə Nazirliyində ruspərəst kadrların vəzifəyə gətirilməsindən ciddi narahatlığını ifadə edib. ADP ölkəmiz üçün Rusiya təhlükəsinin getdikcə daha qabarıq şəkildə ortaya çıxdığı bir vaxtda bu cür kadrların milli və dövlət maraqlarımıza zidd olduğunu bildirib və Ali Baş Komandan kimi İlham Əliyevi Müdafiə Nazirliyində aparılan kadr islahatlarını bir daha nəzərdən keçirməyə çağırıb”.