“Russia Today”in müxbiri öldürüldü

russia-todayin-muxbiri-olduruldu
Oxunma sayı: 886

RT TV-nin (Russia Today) Suriyadakı müxbiri İŞİD-in hücumuna məruz qalıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Suriya ordusu Humus ərazisində terror təşkilatına qarşı əməliyyata başlayıb. 

Toqquşma zamanı İŞİD raketlərdən istifadə edib və baş verən partlayış zamanı Halid el-Hatıb dünyasını dəyişib. 

RT kanalının operatoru isə ağır yaralanıb.