“Qafqazinfo”nun məlumatına görə, “Onlar” verilişinə açıqlamasında məşhur model həyat yoldaşından boşanmağa hazırlaşdığını qeyd edib:
“Hamı məni subay bilir, amma evliyəm. Hazırda həyat yoldaşımla münasibətlərimiz yaxşı deyil. Boşanacağımız gözlənilir. Övladım yoxdur. Tobi adlı bir itim var. Onun üçün darıxıram”.
Cəbrayılov yaradıcılıq işlərindən də söhbət açıb:
“Dünyanın ən tanınmış agentliyində çalışıram. Bir çox dəfilələrə dəvət almışam. Çətinliklər görə-görə həyatda möhkəmlənmişəm. Ulduzluğum yoxdur. Metrodan, avtobusdan istifadə edirəm. İnsanlarla ünsiyyət qurmağı xoşlayıram”.
Könül
Son xəbərlər
Son Xəbərlər