Rüstəm İbrahimbəyov yenidən Bakıda iclas keçirir

rustem-ibrahimbeyov-yeniden-bakida-iclas-kecirir
Oxunma sayı: 2107

Məşhur kinorejissor Rüstəm İbrahimbəyov Bakıdadır. İyunun 4-də R.İbrahimbəyov onun iştirakı etdiyi daxili siyasi proseslərlə əlaqədar Azərbaycanda olmadığı uzun müddətdən sonra alternativ Azərbaycan Kinematoqrafçılar İttifaqının iclasını keçirib.

"Qafqazinfo" xəbər verir ki, Virtualaz.org-la söhbətində Mədəniyyət Nazirliyinin kinematoqraf departamentinin rəhbəri Cahangir Məmmədov məşhur kinorejissorun Moskvadan qatyıtması barədə məlumatı təsdiqləyib.

“Rüstəm İbrahimbəyov Bakıdadır və özünün alternativ Kinematoqrafçılar İttifaqının iclasını keçirir. Onunla bağlı başqa məlumatım yoxdur”, - nazirliyin nümayəndəsi deyib.