Rüstəm Orucov erməniyə qalib gəldi

rustem-orucov-ermeniye-qalib-geldi
Oxunma sayı: 837

Polşanın paytaxtı Varşavada​ keçirilən cüdo üzrə Avropa çempionatında çıxış edən Olimpiya ikincsi Rüstəm Orucov ¼ finala adlayıb. “Qafqazinfo” xəbər verir ki, o, 1/8 finalda erməni Ferinand Karapetyanı məğlub edib. 

Olimpiya mükafatçımız Rüstəm Orucov yarışa 1/16 finalda qoşulub. O, bu mərhələdə Andre Seppa (Estoniya) ilə güləşib. Təmsilçimiz rəqibini tatamiyə çıxmağa peşman edib və ippanla qalib gəlib.

Rüstəm 1/8 finalda ermənistanlı Ferdinand Karapetyanla mübarizə aparıb. Cüdoçumuz bu rəqibini də yarışdan kənarlaşdırıb. Orucov yarımfinalda Musa Moquşkovla qarşılaşıb.