Rüstəm Qasımovdan bürünc medal

rustem-qasimovdan-burunc-medal
Oxunma sayı: 732

7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

"Qafqazinfo" xəbər verir ki, yaşı 17-yə qədər olan atletlərdə 67 kq çəki dərəcəsində iki atletimiz – Rüstəm Qasımov və Ömər Cavadov qüvvəsini sınayıb.

Ömər Cavadov toplam 249 kq (119+130) nəticə ilə yekun sıralamada 8-ci yeri tutub.

Rüstəm Qasımov birdən qaldırma hərəkətində 116 kq nəticə ilə 6-cı olsa da, təkanla qaldırma hərəkətində daha uğurlu çıxış etməyi bacarıb. O, 144 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.

Toplam 260 kq (116+144) nəticə ilə atletimiz yekun sıralamada 5-ci pillədə qərarlaşıb.