Rüstəm Orucov bürünc medal qazandı - Yenilənib

rustem-orucov-burunc-medal-qazandi
Oxunma sayı: 3485

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.

"Qafqazinfo" xəbər verir ki, bu gün Azərbaycanın daha üç idmançısı   - Rüstəm Orucov, Murad Fətiyev və Hidayət Heydərov mübarizəyə başlayıb.

Kişilər
73 kq

Rüstəm Orucov 1/16 finalda Martin Hojaka (Sloveniya) qalib gəlib. Daha sonra rusiyalı Oleq babgoevi üstələyən Orucov yarımfinala yüksəlmək üçün erməni Karapetyanı məğlub etməlidi.

Orucov erməni idmançıya ipponla məğlub oldu. 

81 kq

Murad Fətiyev 1/32 finalda Nikolas Çiları (Fransa) mübarizədən kənarlaşdırsa da, növbəti görüşündə Vladimir Zoloevlə bacarmayıb. 

Hidayət Heydərov isə ilk görüşündə Gilyerme Şmidtə (Braziliya) uduzub.

***

Rüstəm Orucov (73 kq) üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Obidxon Nomonovu məğlub edərək bürünc medal qazanıb. 

Qeyd edək ki, martın 7-dək davam edəcək turnirə Azərbaycan 12 cüdoçu ilə qatılıb.