Rüstəm Usubov Nigar Köçərlini qəbul edib

rustem-usubov-nigar-kocerlini-qebul-edib
Oxunma sayı: 3211

“Əli və Nino” kitab evinin sahibi Nigar Köçərli Baş Prokurorluğa dəvət edilib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə facebookda yazıb.

Qeyd edib ki, Baş Prokurorun birinci müavini Rüstəm Usubov onu qəbul edəcək.

Xatırladaq ki, N. Köçərli polis rəisi tərəfindən təhqir olunması ilə bağlı ictimaiyyətə və ölkə prezidentinə müraciət edib.

Nəsimi rayon Polis İdarəsində təhqir edilməsi ilə bağlı sosial şəbəkədə şikayət paylaşan “Əli və Nino” kitab evinin sahibi Nigar Köçərli bu gün Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, N.Köçərli bu barədə facebook hesabında məlumat verib. Köçərlinin sözlərinə görə, məlum hadisə ilə bağlı atası ilə onu qəbul edən Usubov bildirib ki, Baş Prokuror Zakir Qaralovun tapşırığı ilə bu görüşə təşəbbüs göstərib: 

“O bildirib ki, bizim şikayətimizi dinləyəndən sonra Baş Prokurora məruzə etməlidir. Rüstəm Usubov Nəsimi RPİ-də baş verən hadisə, istintaq işin bağlanması ilə bağlı şikayətimi diqqətlə və təfərrüatı ilə, eləcə də xüsusi hörmətlə, səbrlə dinlədi. Bu münasibətə görə ona şəxsən açıq şəkildə atamın və öz adımdan minnətdaram”.

N.Köçərli qeyd edib ki, əsas şikayəti Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin etdiyi təhqirlərə görə cəzalandırılması ilə bağlı olub.