Rüstəmin “bürünc” şansı, Hidayət uduzdu

rustemin-burunc-sansi-hidayet-uduzdu
Oxunma sayı: 897

Çinin Tsindao şəhərində keçirilən cüdo üzrə “Masters” turniri davam edir. “Qafqazinfo” xəbər verir ki, ikinci gündə Azərbaycan yığmasının daha iki cüdoçusu yarışa qoşulub.

Kişilərdən ibarət yığmamızın lideri Rüstəm Orucov ilk görüşündə özbəkistanlı Xikmatillox Turayevə qalib gəlib. Amma o növbəti görüşdə israilli Tohar Butbula uduzub. Lakin Orucovun bürünc şansı davam edir. İdmançımız təsəlliverici görüşdü. Kanadalı Artur Marqelidonla üz-üzə gələcək. Cütün qalibi bürünc medal uğrunda Akil Cakova (Kosovo) ilə üz-üzə gələcək.

Rüstəmlə eyni çəkidə mübarizə aparan Hidayət Heydərov da ilk görüşün qalibiyyətlə başa vurub. O, 1/16 finalda çinli Daqa Qinqdən üstün olub. Amma növbəti mərhələdə Heydərov yaponiyalı Masaşi Ebinumaya qalib gəlib.