Sabah saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Sabir Rüstəmxanlının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçiriləcəkdir.
"Qafqazinfo" xəbər verir ki, bir çox elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə Sabir Rüstəmxanlının həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək.
Habelə, sevilən müğənnilərin ifasında səslənən mahnılar tamaşaçıların zövqünü oxşayacaq.
Qeyd edək ki, çoxsaylı ədəbi mükafatlara layiq görülmüş şairin uzun illər ərzində "Ömür kitabı", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı" və digər şeir kitabları, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaları, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", “Difai Fədailəri”, “Sunami” romanları işıq üzü görmüşdür. Bu əsərlərdən bir çoxu dünya xalqlarının dillərinə tərcümə olunmuşdur.
Son xəbərlər
Son Xəbərlər