Rüştü evə buraxıldı

rustu-eve-buraxildi
Oxunma sayı: 1433

COVID-19 pandemiyasına yoluxmuş Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəçbər evə buraxılıb. 

“Qafqazinfo” xəbər verir ki, veteran qolkiper ev şəraitində müalicəsinə davam edəcək. Məlumatı keçmiş qapıçının xanımı İşıl Rəçbər yayıb. 46 yaşlı sabiq oyunçu 10 gün xəstəxanada qalıb.
 
Rüştü “Fənərbaxça”, "Barselona” və “Beşiktaş” kimi klublarda çıxış edib. O, Türkiyə Futbol Federasiyasında futbol inkişafı üzrə koordinatordur.