Rüştü Reçber də koronavirusa yoluxdu

rustu-recber-de-koronavirusa-yoluxdu
Oxunma sayı: 3013

Futbol üzrə Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçber koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı veteran futbolçunun xanımı İşıl Reçber sosial şəbəkə hesabında paylaşıb.

O, Rüştünün koronavirusa yoluxması səbəbiylə xəstəxanaya yerləşdirildiyini bildirib.

"Mənim, oğlum və qızımın test nəticəsi neqativ çıxıb. Buna görə də biz evdə, Rüştü isə xəstəxanadadır. Görüşə də icazə verilmir. Ən çətini də onun yanında ola bilməməkdir" - deyə, o, qeyd edib.