Rüsvayedici məlumatlar yayacağı adı ilə pul tələb etməkdə şübhəli bilinən Ağsu rayon sakinləri saxlanılıb.
"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də C.Şahbazova və Ə.Həmidova hədə-qorxu gəlib barələrində rüsvayedici məlumatlar yayacağı adı ilə pul tələb etməkdə şübhəli bilinən rayon sakinləri Ramazan Kərimov, Vurgun İdayətov və Mehdi Umudov yaxalanıb.
Son xəbərlər
Son Xəbərlər