Rüşvət verən milyarder həbs edildi

rusvet-veren-milyarder-hebs-edildi
Oxunma sayı: 1869

Braziliyada rüşvət verməkdə ittiham olunan milyarder Eyke Batista həbs edilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ-dan Brazilyaya qayıdan zaman saxlanılıb.

Hava limanında nəzarətə götürülən Batista tibbi müayinədən keçdikdən sonra həbsxanaya göndərilib.

Batista dövlət tenderlərində qalib gəlmək üçün Rio de Janeironun keçmiş qubernatoru Sergio Cabrala 15,6  milyon dollar rüşvət verməkdə günahlandırılmış və cümə günü haqqında həbs qərarı verilmişdi.