Rüşvətə qarşı çıxan baş xəzinədar öldürüldü

rusvete-qarsi-cixan-bas-xezinedar-olduruldu
Oxunma sayı: 667

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Aysatu Buaro işdən evinə dönərkən hərbi geyimli iki naməlum şəxs yaxınlaşaraq yaxın məsafədən onun ürəyindən iki dəfə atəş açıb. Baş xəzinədar hadisə yerindəcə vəfat edib. Onun öldürülməsi haqda hadisədən iki gün sonra xəbər yayılıb.

Buaro korrupsiyaya qarşı barışmaz mübarizəsi ilə məşhur olub. O, bu ilin əvvəlində Qvineya mərkəzi bankından 2 milyon dolların oğurlanmasının qarşısını alıb.