Rza Pəhləvi İsraildədir - Fotolar

rza-pehlevi-israildedir
Oxunma sayı: 6260

İranın hakimiyyətdən devrilmiş sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi İsrailə səfər edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, R.Pəhləvini aprelin 17-si Ben-Qurion hava limanında İsrailin kəşfiyyat naziri Qila Qamliel qarşılayıb. 

“Demokratik İranın İsraillə və bizim ərəb qonşularımızla münasibətləri bərpa edəcəyi gün yaxınlaşır”, - deyə Pəhləvi qeyd edib. 

İsrailin Baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Yerusəlimdə R.Pəhləvi ilə görüş keçirib. 

Bundan əlavə o, İsraildə Holokost qurbanlarının anım günü ilə bağlı təşkil edilən rəsmi tədbirdə iştirak edib.

Günel İbrahimova