Rza Zərrab Əl-Qaidə üzvləri, mafiya başçıları ilə birgə saxlanılır

rza-zerrab-el-qaide-uzvleri-mafiya-bascilari-ile-birge-saxlanilir
Oxunma sayı: 1330

Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrab narkotik alverçiləri və terrorçuların saxlanıldığı həbsxanaya yerləşdirilib.

Qafqazinfo” xəbər verir ki, bu gün məhkəməsi keçirilən Zərrab artıq Nyu-Yorka gətilirib. O, şəhərin mərkəzindəki “Metropolitan Correction Center” həbsxanasına yerləşdirilib. Zərrabın olduğu təcridxanada Əl-Qaidə üzvləri, narkotik alverilə məşğul olan mafiya başçılarının olduğu deyilir.

Xatırladaq ki, Rza Zərrabın məhkəməsi bu gün Nyu-York vaxtilə saat 10:00-da baş tutacaq. O, İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə və digər iqtisadi cinayətlərdə ittiham olunur.

Aysel Kərimova